Mühasibat uçotu və audit

“Novotech İnternational” MMC mühasibat uçotu üzrə Sizə aşağıdakı mühasibat-məsləhət xidmətlərini göstərə bilər:

  • Mühasibat uçotunun uçot registirləri əsasında aparılması;
  • Mühasibat uçotunun 1 C 7.7 (8.2, 8.3) mühasibat proqramlarında aparılması;
  • İlkin sənədlərin (pul vəsaitlərin, əsas vəsaitlərin və əmtəə-material qiymətlilərin uçotu üzrə olan mədaxil və məxaric orderlərinin, qaimə-fakturaların, hesab-fakturaların, aktların) düzgün tərtib olunması;
  • Təhtəl-hesab şəxslərlə hesablaşmaların aparılması;
  • Beynəlxalq və milli mühasibat uçotu standartlarına uyğun mühasibat yazılışlarının verilməsi;
  • Əsas vəsaitlərin və əmtəə-material qiymətlilərin uçotunun  aparılması;
  • Debitor və  kreditorlarla hesablaşmaların aparılması;
  • Məhsulun (işin, xidmətin) maya dəyərinin kalkulyasiyası;
  • İçtimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydalarına uyğun olaraq təsərrüfat subyektlərində sənədləşmələrin tərtib olunması;
  • Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydalarına uyğun olaraq təsərrüfat subyektlərində sənədləşmələrin tərtib olunması;
  • Hesabat dövrünün bağlanması;
  • Elektron qaimə-fakturaların tərtib olunması;
  • Vergi, DSMF, Statistika və Məşğulluq  idarələrinə hesabatların hazırlanması;
  • Vergi uçotu və idarəetmə uçotu sistemlərinin;

“Novotech İnternational” MMC audit üzrə Sizə aşağıdakı audit-məsləhət xidmətlərini göstərə bilər:

  • Daxili audit və daxili nəzarət sistemlərinin təşkili ilə bağlı məsləhət xidmətlərinin göstərilməsi;
  • Daxili audit prosedur qaydalarının hazırlanması;
  • Risk əsaslı audit planının hazırlanması;
  • Aktivlərin qorunması üzrə sistem və prosedurların, daxili nəzarət sisteminin effektivliyinin qiymətləndirilməsi  və bununla bağlı  rəhbərliyə rəyin təqdim edilməsi;
  • Müvafiq Audit iş planına əsasən yoxlamaların aparılması, hesabatların icra orqanları və Audit Komitəsi  ilə müzakirəsinin təşkili və tövsiyələrin verilməsi;
  • İcra orqanından audit nəticələri üzrə cavabların alınması;
  • Mütəmadi audit tövsiyələrinin icra statusunun monitorinqinin aparılması;
  • Korporativ idarəetmənin tətbiqinin və effektivliyinin qiymətləndirilməsi;
  • Qüvvədə olan AR qanunvericiliyinə, müvafiq nəzarət orqanlarının normativ hüquqi aktlarına və göstərişlərinə, Şirkətin daxili prosedur və qaydalarına riayət olunmasını təmin edilməsinə nail olunması.
  • Müştərinin fəaliyyət sahəsinə uyğun olaraq İSO standrtlarının tələblərinə uyğun müxtəlif iş prosedurlarının hazırlanması;
  • Aşağıdakı daxili korporativ qaydaların hazırlanması və icrasına nəzarət edilməsi:
  • Daxili intizam qaydaları;
  • Əmətin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimat;
  • Etik davranış qaydaları;
  • İnformasiya təhlükəsizliyi qaydaları
  • Konfidensiallıq qaydaları;

Korporativ geyim qaydaları.